“Şamaxı”nın futbolçusu David Santos Portuqaliyada ön çarpaz bağın rekonstruksiyası əməliyyatı keçirib.
İdman.Biz-in kluba istinadən verdiyi məlumata görə, braziliyalı müdafiəçinin əməliyyatı uğurla başa çatıb.
Xatırladaq ki, David Santos “Sabah”a uduzduqları Misli Premyer Liqasının 30-cu turunun oyununda (0:3) zədələnmişdi.

