Reşford “Barselona”ya keçid üçün maaşını azaldır

19 May 2026 17:10
113
Reşford “Barselona”ya keçid üçün maaşını azaldır

“Mançester Yunayted”in futbolçusu Markus Reşfordun İspaniyanın “Barselona” futbol klubu ilə anlaşması tamamlanmaq üzrədir.

İdman.Biz xəbər verir ki, bu barədə “Futbol Basica” məlumat yayıb.

İngiltərəli hücumçu Kataloniya klubuna keçmək üçün maaşının 40 faiz azaldılmasına razılıq verib. Tərəflər arasında müqavilənin 2028-ci ilə qədər imzalanması, həmçinin sazişə daha bir mövsümlük uzatma bəndinin əlavə olunması gözlənilir.

Bununla belə, keçidin rəsmi təsdiqi hələ verilməyib. İspaniya klubu üçün əsas məsələ maliyyə şərtlərinin və “Mançester Yunayted”lə razılaşmanın yekunlaşdırılmasıdır. İngiltərə klubunun daha bir icarə variantına isti yanaşmadığı, transferin tam satış formasında gerçəkləşməsini istədiyi qeyd olunur.

İdman.Biz