Jali Muaddib və Bəhlul Mustafazadə “Qarabağ”ın məşqində - FOTO

Jali Muaddib və Bəhlul Mustafazadə “Qarabağ”ın məşqində

“Qarabağ” klubu Azərbaycan Premyer Liqasının son turuna hazırlıqlarını davam etdirir.

İdman.Biz bildirir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klub sosial şəbəkədə hazırlıqdan görüntüləri də paylaşıb. Klubun yeni transferi Jali Muaddib də komanda yoldaşları ilə məşqdədir. Məşqlərə zədəsini sağaltmış Bəhlul Mustafazadə də qatılıb.

Klub hazırlığını “Azersun Arena”da keçirir.

Sonuncu turda “Qarabağ” Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Sumqayıt”la qarşılaşacaq.

Matç mayın 22-də 19:30-da başlayacaq.

“Qarabağ” 32 turdan sonra 66 xalla ikinci yerdədir.

“Sumqayıt” 32 oyundan sonra 41 xalla 7-ci yerdə qərarlaşıb.

İdman.Biz