“Xankəndi” Birinci Liqaya vəsiqə qazandı - FOTO

“Xankəndi” Birinci Liqaya vəsiqə qazandı

Futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026 mövsümünə yekun vurulub.

İdman.Biz xəbər verir ki, bu gün üç qarşılaşma baş tutub.

Lider “Xankəndi” səfərdə “Şəmkir” klubunu 1:0 hesabı ilə məğlub edib. Xallarını 76-ya yüksəldən komanda çempion olub və növbəti mövsüm Birinci Liqada mübarizə aparacaq.

“Qaradağ Lökbatan” isə “Şirvan”la qarşılaşıb. Matç 2:2 başa çatıb. “Qaradağ Lökbatan” 2-ci yeri tutub. Klub Birinci Liqada 9-cu olan kollektivlə pley-off matçına çıxacaq.

Turun sonuncu oyununda “Quba” “Dinamo”nu məğlub edib – 3:1.

İdman.Biz