Ramalinqom 25-ci qoluna çatdı - VİDEO

18 May 2026 11:45
184
Ramalinqom 25-ci qoluna çatdı - VİDEO

Azərbaycanın “Sumqayıt” futbol komandasının hücumçusu Aleksandr Ramalinqom Misli Premyer Liqasının 32-ci turunda “Zirə” ilə səfər matçında fərqlənərək yubiley göstəricisinə çatıb.

İdman.Biz xəbər verir ki, fransalı futbolçu 1:2 hesabı ilə başa çatan qarşılaşmada komandasının yeganə qolunu vurub.

Bu qol 28 yaşlı hücumçunun Azərbaycan Premyer Liqasında 25-ci qolu olub. Ramalinqom bu göstəriciyə 63-cü oyununda çatıb.

O, ölkə çempionatında iki komandanın heyətində fərqlənib. Hücumçu “Səbail” forması ilə 35 oyunda 15 qol vurub. “Sumqayıt”da isə 28 matçda on dəfə rəqib qapılarına yol tapıb.

İdman.Biz