ABŞ-nin “İnter Mayami” futbol komandasının hücumçusu Lionel Messi MLS-in müntəzəm çempionatında “Portlend Timbers”lə ev oyununda komandasının əsas qəhrəmanına çevrilib.
İdman.Biz xəbər verir ki, Florida təmsilçisi rəqibini 2:0 hesabı ilə məğlub edib. Görüşdə hesabı Messi açıb. Argentinalı forvard 30-cu dəqiqədə rəqib qapısına yol tapıb.
Bu qol 38 yaşlı futbolçunun karyerasında 910-cu, cari MLS mövsümündə isə 12-ci qolu olub. Messi 41-ci dəqiqədə də səhnəyə çıxıb və German Berteramenin fərqlənməsində məhsuldar ötürmə müəllifi olub.
