Nəriman Axundzadənin komandasında dəyişiklik: Baş məşqçi göndərildi

18 May 2026 09:26
140
Nəriman Axundzadənin komandasında dəyişiklik: Baş məşqçi göndərildi

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin çıxış etdiyi ABŞ-nin “Kolambus Kryu” klubu baş məşqçisi Henrik Ridströmlə yollarını ayırıb.

İdman.Biz xəbər verir ki, bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Klubun baş meneceri İssa Tall 50 yaşlı mütəxəssisin vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb. Komandaya müvəqqəti olaraq Loran Kurtua rəhbərlik edəcək.

Qeyd edək ki, “Kolambus Kryu” MLS-də 14 turdan sonra 13 xalla Şərq Konfransında 15 komanda arasında 13-cü pillədə qərarlaşıb.

İdman.Biz