Neymarla hakimlər arasında qalmaqal - VİDEO

18 May 2026 09:45
111
Neymarla hakimlər arasında qalmaqal - VİDEO

Futbol üzrə Braziliya A Seriyasında keçirilən “Santos” - “Koritiba” matçında Neymar və hakimlər briqadasının iştirakı ilə qalmaqallı hadisə yaşanıb.

İdman.Biz xarici KİV-ə istinadən xəbər verir ki, epizodların birində “Santos”un hücumçusuna meydandan kənarda tibbi yardım göstərilib. Dördüncü hakim səhvən Neymarın oyunu davam etdirə bilməyəcəyini düşünüb və protokolda məhz braziliyalı ulduzun əvəzlənməsini qeyd edib. Halbuki məşqçilər korpusu başqa futbolçunu oyundan çıxarmağı planlaşdırırdı.

Neymar yenidən meydançaya qayıtmağa çalışarkən əvəzləmənin artıq rəsmən təsdiqləndiyi məlum olub. Hakimlər briqadası qərarı ləğv edə bilmədiyi üçün hücumçu görüşü vaxtından əvvəl başa vurmağa məcbur qalıb. Hadisə zamanı braziliyalı futbolçu emosiyalarını cilovlaya bilməyərək hakimlərə sərt etiraz edib.

Görüş isə “Koritiba”nın 3:0 hesablı darmadağınlı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz
Məqalədə: