Fransanın “Monako” futbol komandasının yarımmüdafiəçisi Lamin Kamara İngiltərə Premyer Liqası təmsilçilərinin transfer hədəfinə çevrilib.
İdman.Biz xəbər verir ki, “Liverpul” 22 yaşlı seneqallı futbolçu ilə son dərəcə ciddi maraqlanır. Mersisayd təmsilçisi “Nyukasl”ın Kamaranın nümayəndələri ilə görüş keçirdiyini öyrəndikdən sonra transfer prosesinə diqqətini daha da artırıb.
“Monako” futbolçunu təxminən 50 milyon avro (100 milyon AZN) dəyərində qiymətləndirir. Fransa klubunda 2029-cu ilin yayına qədər müqaviləsi olan Kamara yay transfer pəncərəsinin ən diqqətçəkən adlarından birinə çevrilə bilər.
“Nyukasl”ın yarımmüdafiə xəttində mümkün dəyişikliklərə görə Kamaranı əsas hədəflərdən biri kimi gördüyü bildirilir. “Liverpul” isə rəqibinin bu addımından sonra prosesdə geri qalmaq istəmir.
