Dördüncü liqadan Bundesliqaya

18 May 2026 13:36
164
Dördüncü liqadan Bundesliqaya

1907-ci ildə yaradılan Almaniyanın “Elversberq” futbol klubu 119 illik tarixində ilk dəfə Bundesliqa çıxış edəcək.

İdman.Biz xəbər verir ki, komanda əhalisi cəmi 13 min nəfər olan Şpizen- Elversberq şəhərini təmsil edir. Bu, Bundesliqa tarixində elitaya yüksələn ən kiçik yaşayış məntəqəsidir.

Şəhər iki kənd dairəsinə bölünüb və burada hətta dəmir yolu stansiyası da yoxdur. Ora yalnız avtobusla getmək mümkündür.

Lakin yaxın vaxtlarda bu kiçik şəhərciyə “Bavariya” və “Borussiya” kimi Almaniya nəhəngləri səfər edəcək. Beləliklə, “Elversberq” futbol klubu 119 illik tarixində ilk dəfə Bundesliqada mübarizə aparacaq.

İdman.Biz
Məqalədə: