Fabritsio Romano Mourinyo üçün “Here we go!” yazdı

18 May 2026 14:22
160
Fabritsio Romano Mourinyo üçün “Here we go!” yazdı

Portuqaliyalı futbol mütəxəssisi Joze Mourinyo yenidən İspaniyanın “Real Madrid” klubuna qayıdır.

İdman.Biz xəbər verir ki, tanınmış insayder Fabritsio Romano bu keçidlə bağlı özünəməxsus “Here we go!” ifadəsini işlədib. Onun məlumatına görə, tərəflər arasında bütün şərtlər üzrə şifahi razılıq əldə olunub və sənədlərin imzalanması gözlənilir.

Mourinyo ilə ilkin olaraq iki illik müqavilə imzalanması planlaşdırılır. Portuqaliyalı mütəxəssis “Real Madrid” - “Atletik” oyunundan sonra Madridə olacaq.

“The Special One” ləqəbli məşqçi 2010-2013-cü illərdə də “Real Madrid”i çalışdırıb. O, həmin dövrdə Madrid təmsilçisi ilə La Liqa, İspaniya Kuboku və İspaniya Superkubokunu qazanıb.

İdman.Biz