Futbol üzrə Ukrayna millisinin yeni baş məşqçisi məlum oldu

18 May 2026 13:50
168
Futbol üzrə Ukrayna millisinin yeni baş məşqçisi məlum oldu

İtaliyalı mütəxəssis Andrea Maldera futbol üzrə Ukrayna millisinin baş məşqçisi təyin edilib.

İdman.Biz xəbər verir ki, italiyalı mütəxəssis komanda tarixində bu posta gətirilən ilk əcnəbi məşqçi olub.

A. Maldera daha əvvəl tanınmış italiyalı məşqçi Roberto De Dzerbinin köməkçisi kimi çalışıb. O, müxtəlif klublarda taktiki hazırlıq və analitik iş üzrə fəaliyyəti ilə diqqət çəkib.

İdman.Biz
Məqalədə: