İngiltərənin “Liverpul” futbol klubunda Xabi Alonso ilə bağlı mövqe müəyyənləşib.
İdman.Biz xəbər verir ki, Mersisayd təmsilçisi Arne Slotun mümkün əvəzləyicisi kimi ispaniyalı mütəxəssisi prinsipial səbəbdən ciddi şəkildə gündəmə gətirməyib.
İddiaya görə, “Liverpul” rəhbərliyi 2024-cü ildə Yurgen Kloppun gedişindən sonra Alonsonu baş məşqçi postunda görmək istəyib. Lakin o vaxt “Bayer Leverkuzen”ə rəhbərlik edən ispaniyalı mütəxəssis bu variantdan imtina edib və “Real Madrid”dən təklif gözləməyi üstün tutub.
Məhz bu səbəbdən klub rəhbərliyi indi Alonso variantını əsas namizədlər sırasında dəyərləndirməyib. “Liverpul” mövsümün çətin keçməsinə baxmayaraq, Slotla işi davam etdirmək xəttini seçib.
Xabi Alonso isə dünən İngiltərənin “Çelsi” futbol klubunun baş məşqçisi təyin edilib.
İspaniyalı mütəxəssis London təmsilçisi ilə 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb. Onun “Çelsi”də fəaliyyəti 1 iyulda başlayacaq.
