Əfsanəvi futbolçunun oğlu: “Bakını çox sevirəm”

18 May 2026 14:09
144
Əfsanəvi futbolçunun oğlu: “Bakını çox sevirəm”

“Sabah”da olmaqdan məmnunam. Çox işləyirəm, klubumuz mənə dəstək olur. Mən Bakını çox sevirəm”.

Bu sözləri “Sabah”ın fransalı futbolçusu Aaran Maluda deyib.

20 yaşlı yarımmüdafiəçi Azərbaycandakı karyerasından məmnunluğunu bildirib.

“Çelsi”nin əfsanəvi ulduzu Floran Maludanın oğlu Azərbaycanda “qızıl dubl” etdikdən sonra atasından təbrik alıb-almaması barədə suala belə reaksiya verib:

“Bu titulları qazanmaq çox önəmlidir. Məni sadəcə atam yox, anam da təbrik etdi. Biz böyük ailəyik. Dostlarım, sabiq klubum “Lill”dən tanışlarım, bir sözlə, məni tanıyan hər kəs məni bu münasibətlə təbrik etdi”, - deyə o teleqraf.az-a açıqlamasında qeyd edib.

İdman.Biz