Ehtiram Şahverdiyevdən 200-cü oyun

18 May 2026 12:27
136
Ehtiram Şahverdiyevdən 200-cü oyun

Azərbaycanın “Kəpəz” futbol komandasının futbolçusu Ehtiram Şahverdiyev Misli Premyer Liqasında yubiley oyununu keçirib.

İdman.Biz xəbər verir ki, 32-ci tur Ehtiram üçün əlamətdar olub. O, Azərbaycan çempionatının yüksək dəstəsində 200-cü matçına “Araz-Naxçıvan”la səfər görüşündə çıxıb.

“Kəpəz”in 0:2 hesabı ilə uduzduğu qarşılaşma Şahverdiyevin Premyer Liqa karyerasında xüsusi yer tutub. Futbolçu yüksək dəstədə keçirdiyi oyunlarda altı qola imza atıb.

Şahverdiyev Premyer Liqada 2015/2016 mövsümündə “Qəbələ” forması ilə debüt edib. O, karyerası ərzində dörd klubun heyətində meydana çıxıb.

Ehtiram ən çox “Kəpəz”də oynayıb. Futbolçu Gəncə təmsilçisinin heyətində 96 matçda üç qol vurub. O, “Sumqayıt”da 43 oyunda bir, “Qəbələ”də 35 matçda bir, “Turan Tovuz”da isə 26 qarşılaşmada bir dəfə fərqlənib.

İdman.Biz