İspaniyanın “Real Madrid” futbol komandasının baş məşqçisi Alvaro Arbeloa La Liqanın son turunda “Atletik”lə keçiriləcək matçın bəzi futbolçular üçün son oyun olacağını bildirib.
İdman.Biz xəbər verir ki, Madrid təmsilçisi basklarla 23 mayda öz meydanında qarşılaşacaq.
Arbeloa oyunöncəsi açıqlamasında həftə ərzində məşqlərin və futbolçuların durumunun nəzərə alınacağını deyib:
“Bu həftəni, məşqləri planlaşdıracağıq, hansı futbolçuların hazır olduğunu müəyyənləşdirəcəyik. Çünki bəzilərində əziklər var. Bu, yekun matçdır, həm də bəzi futbolçular üçün vida günüdür. Buna şübhə yoxdur.
Ona görə də azarkeşlərimizin qarşısında yaxşı oyun keçirməyə, klubun formasında hər dəqiqədən zövq almağa çalışacağıq. Bu, mənə də aiddir”.
