Azərbaycan Premyer Liqasının 33-cü turunun “Turan Tovuz” – “Sabah” oyununun keçiriləcəyi məkan dəyişdirilib.
İdman.Biz bu barədə kluba istinadən məlumat verir.
“Avrokuboklara idman və infrastruktur baxımdan daha yaxşı hazırlaşması məqsədilə “Turan Tovuz” – “Sabah” oyunun məkanında dəyişiklik edilib.
Tovuz şəhər stadionunda aparılan təmir-bərpa işlərininin ləngiməməsi üçün Peşəkar Futbol Liqasına müraciətimizə əsasən Azərbaycan Premyer Liqasının 33-cü turunun “Turan Tovuz” – “Sabah” oyunu “Bank Respublika Arena”da keçiriləcək.
Dəyərli "Turan" ailəsi!
Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün işlər gücləndirilmiş iş rejimində həyata keçirilir. Məqsədimiz avrokubok oyununu doğma meydanda keçirməkdir”, - klubun açıqlamasında deyilir.
Oyun mayın 22-də keçiriləcək.
