İngiltərədə “Bornmut” fırtınası: Premyer Liqanın ən uzun məğlubiyyətsizlik seriyası

15 Mart 2026 11:38
78
İngiltərədə “Bornmut” fırtınası: Premyer Liqanın ən uzun məğlubiyyətsizlik seriyası

İngiltərə Premyer Liqasında hazırda heç bir komanda “Bornmut” futbol klubu qədər uzunmüddətli məğlubiyyətsizlik seriyasına malik deyil. “Albalılar” artıq ardıcıl 10-cu oyundur ki, rəqiblərinə boyun əymirlər.

İdman.Biz xəbər verir ki, martın 14-də “Bernli” ilə keçirilən səfər matçında qeydə alınan 0:0 hesablı bərabərliklə “Bornmut” bu seriyanı 10 oyuna çatdırıb.

Bu göstərici ilə onlar turnir cədvəlinin onuncu pilləsində qərarlaşaraq Avrokubok zonasına yaxınlaşıblar və onları beşinci pillədəki “Çelsi”dən cəmi yeddi xal aralı salır.

Qeyd edək ki, bu uğurlu gedişat zamanı komanda həm güclü rəqiblərlə xal bölüşüb, həm də vacib qələbələr qazanıb.

İdman.Biz