Adama Traoreyə qeyri-adi qadağa

3 Mart 2026 17:51
61
Adama Traoreyə qeyri-adi qadağa

İngiltərənin “Vest Hem” futbol komandasının baş məşqçisi Nuno Espirito Santo yarımmüdafiəçi Adama Traore ilə bağlı maraqlı qərar verib.

İdman.Biz xəbər verir ki, təcrübəli məşqçi Traorenin onsuz da kifayət qədər güclü fiziki quruluşa malik olduğunu və əlavə əzələ kütləsinə ehtiyac duymadığını vurğulayıb. Mütəxəssis bildirib ki, oyunçunun mövcud əzələ kütləsi tamamilə kifayətdir.

Texniki heyətin bu qərarı futbolçunun sürətini və çevikliyini qorumaq məqsədi ilə verdiyi bildirilir. Güclü fiziki göstəriciləri ilə tanınan futbolçunun məşq proqramında dəyişiklik edilib və əsas diqqət performans balansının saxlanılmasına yönəldilib.

Qeyd edək ki, bir müddət əvvəl İngiltərə Liqa Kubokunun oyununda Adama Traore “Çelsi”nin müdafiəçisi Kukurellanı kobud şəkildə meydandan kənara atmışdı. Bu, iki rəqib komanda üzvlərinin toqquşması ilə nəticələnmişdi. Oyun “Çelsi”nin 3:2 hesablı qələbəsi ilə bitmişdi.

İdman.Biz