Liqa 1: Lider PSJ “Havr”dan üstün olub - YENİLƏNİB + VİDEO

1 Mart 2026 02:07
530
Liqa 1: Lider PSJ “Havr”dan üstün olub

Fransa Liqa 1 mövsümünün 24-cü turunda “Havr” və PSJ arasında keçirilən oyun başa çatıb.

Matç “Stade Ocean” stadionunda (Havre, Fransa) baş tutub. Qonaq komanda 1:0 hesablı qələbəni qeyd edib.

PSJ-nin hücumçusu Bredli Barkola matçın yeganə qolunu 37-ci dəqiqədə vurub.

Fransa liqasında 24 oyundan sonra PSJ 57 xalla turnir cədvəlinə başçılıq edir. “Havr” 26 xalla 13-cü yerdədir.

00:06

Fransa Liqa 1 mövsümünün 24-cü turunun “Monako” və “Anje” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, oyun Monakodakı “Stade Louis II” stadionunda baş tutub. Meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar.

“Monako”nun yarımmüdafiəçisi Folarin Baloqun matçın ilk qolunu 57-ci dəqiqədə vurub. Beş dəqiqə sonra Simon Adinqra meydan sahiblərinin üstünlüyünü ikiqat artırıb.

Fransa liqasında 24 oyundan sonra “Monako” 37 xalla turnir cədvəlində yeddinci, “Anje” isə 29 xalla 12-ci yerdədir.

Turun digər matçında “Renn” 1:0 hesabı ilə “Tuluza”ya qalib gəlib.

İdman.Biz