A Seriyası: “İnter” “Cenoa” üzərində inamlı qələbə qazanıb - YENİLƏNİB + VİDEO

1 Mart 2026 01:57
252
A Seriyası: “İnter” “Cenoa” üzərində inamlı qələbə qazanıb

İtaliya A Seriyasının 27-ci turunda “İnter” və “Cenoa” komandaları arasında keçirilən oyun başa çatıb. “Neradzurri” 2:0 hesabı ilə qalib gəlib. Oyun Milandakı “San Siro” (Giuzeppe Meazza) stadionunda baş tutub.

Federiko Dimarko 31-ci dəqiqədə hesabı açıb, Hakan Çalhanoğlu isə 70-ci dəqiqədə penaltidən qol vurub.

Bu oyundan sonra “İnter” İtaliya yüksək divizionunda 67 xalla birinci, “Cenoa” isə 27 xalla 14-cü yerdədir.

23:45

İtaliya A Seriyasının 27-ci turunda “Verona” və “Napoli” arasında keçirilən oyun başa çatdı. “Napoli” 2:1 hesabı ilə qalib gəlib. Oyun “Stadio Marcantonio Bentegodi”də (Verona) keçirilib.

Rasmus Hoylund ikinci dəqiqədə qonaqları irəli çıxarıb, Jan-Daniel Akpa Akpro isə 64-cü dəqiqədə hesabı bərabərləşdirib. Romelu Lukaku qələbə qolunu 90+6-cı dəqiqədə vurub.

Bu matçdan sonra “Verona” İtaliya yüksək divizionunda 15 xalla 20-ci, “Napoli” isə 53 xalla üçüncü yerdədir.

20:14

İtaliya çempionatının 27-ci turunu oyununda “Komo” evdə “Leççe”ni 3:1 hesabı ilə məğlub edib.

Meydan sahiblərindən Anastasios Duvikas, Mark-Oliver Kempf və Xesus Rodriges qol vurublar. Qonaqlardan isə Lassana Kulibali fərqlənib.

“Komo”nun 48 xalı var və A Seriyasında turnir cədvəlində beşinci yerə yüksəlib. “Leççe” isə 24 xalla 18-ci yerdədir.

İdman.Biz