Türkiyə Superliqası: “Qalatasaray” və “Beşiktaş” qələbə qazanıblar - VİDEO

1 Mart 2026 00:24
121
Türkiyə Superliqası: “Qalatasaray” və “Beşiktaş” qələbə qazanıblar

Türkiyə Superliqasında 24-cü turun dörd oyunu keçirilib.

İdman.Biz-in məlumatına görə, lider “Qalatasaray” “Alanyaspor”u qəbul edib.

Matç 3:1 hesabı ilə İstanbul klubunun xeyrinə qurtarıb.

Hesabı 45+2-də Saşa Boe açıb. 49-cu dəqiqədə Stiv Munye hesabı bərabərləşdirib. 58-ci dəqiqədə Lukas Torreyra yenidən “Qalatasaray”ı irəli çıxarıb. 83-cü dəqiqədə Viktor Osimhen yekun hesabı müəyyənləşdirib.

“Beşiktaş” səfərdə “Kocaelispor”la oynayıb. Oyun 1:0 hesabı ilə “Beşiktaş”ın qələbəsi ilə bitib.

Yeganə topu 52-ci dəqiqədə Emmanuel Aqbadu vurub.

“Kasımpaşa” öz meydançasında “Rizespor”a böyük hesabla məğlub olub – 0:3.

“Göztəpə” – “Eyüpspor” matçında isə hesab açılmayıb – 0:0.

24 oyundan sonra “Qalatasaray” 58 xalla liderdir. Beşinci yerdəki “Beşiktaş”ın 46 xalı var. “Göztəpə” 42 xalla altıncıdır.

İdman.Biz