“Atletiko Madrid” minimal hesabla “Ovyedo”nu məğlub edib - YENİLƏNİB + VİDEO

1 Mart 2026 02:02
345
“Atletiko Madrid” minimal hesabla “Ovyedo”nu məğlub edib

İspaniya La Liqasının 26-cı turunun “Ovyedo” və “Atletiko Madrid” komandaları arasında keçirilən oyun başa çatıb.

Matç “Nuevo Karlos Tartiere” stadionunda (Ovyedo, İspaniya) baş tutub. Qonaq komanda 1:0 hesablı qələbə qazanıb.

Oyunun yeganə qolunu 90+4-cü dəqiqədə Xulian Alvares vurub.

İspaniya liqasında 26 oyundan sonra “Atletiko Madrid” 51 xala malikdir və turnir cədvəlində üçüncü yerdədir. “Ovyedo” 25 oyundan sonra 17 xalla sonuncu, 20-ci yerdədir.

23:34

İspaniya La Liqasının 26-cı turunun “Malyorka” və “Real Sosyedad” komandaları arasında keçirilən oyun başa çatıb.

Oyun İspaniyanın Palma de Malyorka şəhərindəki “Malyorka Son Moix” stadionunda baş tutub. Qonaq komanda 1:0 hesablı qələbəsini qeyd edib.

“Real Sosyedad”ın hücumçusu Karlos Soler matçın yeganə qolunu 36-cı dəqiqədə vurub.

İspaniya liqasında 26 oyundan sonra “Real Sosyedad”ın aktivində 35 xalı var və turnir cədvəlində yeddinci yerdədir. “Malyorka” 24 xalla 18-ci yerdədir.

21:22

İspaniya La Liqa mövsümünün 26-cı turunda “Barselona” və “Vilyarreal” arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, matç İspaniyanın Barselona şəhərindəki “Spotify Camp Nou” stadionunda baş tutub. Meydan sahibləri 4:1 hesablı qələbəni qeyd ediblər.

“Barselona”nın hücumçusu Lamin Yamal matçın ilk qolunu 28-ci dəqiqədə vurub. Daha sonra o, 37-ci dəqiqədə ikinci qolu vuraraq komandasının üstünlüyünü ikiqat artırıb. “Vilyarreal”ın yarımmüdafiəçisi Pap Geye ikinci hissənin əvvəlində qollardan birinin əvəzini çıxıb. Yamal 69-cu dəqiqədə het-trik edib. Robert Levandovski 90+1-ci dəqiqədə hesabı 4:1-ə çatdırıb.

İspaniya liqasında 26 oyundan sonra “Barselona” 64 xalla turnir cədvəlinə başçılıq edir. “Vilyarreal” 51 xalla üçüncü yerdədir.

19:38

İspaniya La Liqasının 26-cı turunun “Rayo Valyekano” və “Atletik Bilbao” komandaları arasında keçirilən oyun başa çatdı. Matç “Estadio Valyekas”da (Madrid) baş tutdu və 1:1 hesablı heç-heçə ilə bitib.

"Rayo Valyekano"nun yarımmüdafiəçisi Xorxe de Frutos matçın ilk qolunu 35-ci dəqiqədə vurub. 47-ci dəqiqədə qonaq hücumçu İnaki Uilyams bərabərlik qolunu vuraraq hesabı 1:1 edib.

İspaniya liqasında 26 oyundan sonra “Atletik Bilbao” 35 xala malikdir və turnir cədvəlində səkkizinci yerdədir. “Rayo Valyekano” 25 oyundan sonra 27 xalla 14-cü yerdədir.

İdman.Biz