Bu gün futbol üzrə Misli Premyer Liqasının 22-ci turu çərçivəsində ikinci qarşılaşma Qəbələ şəhər stadionunda keçiriləcək.
İdman.Biz xəbər verir ki, “Qəbələ” “Karvan-Yevlax”ı qəbul edəcək.
Oyun saat 17:00-da başlayacaq. “Qəbələ” 15 xalla turnir cədvəlinin onuncu pilləsində yer alıb. 6 xala malik “Karvan-Yevlax” isə on ikincidir.
Misli Premyer Liqası
İkinci dövrə, 22-ci tur
28 fevral (cümə)
17:00. “Qəbələ” - “Karvan-Yevlax”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Mirnihad Seyidov, Rövşən Rəcəbov
VAR: Vüqar Həsənli
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Qəbələ şəhər stadionu
Qeyd edək ki, tura martın 1-də yekun vurulacaq. Ötən gün “Kəpəz” “Sumqayı”ı (3:0), “Zirə” “Araz-Naxçıvan”ı (1:0) məğlub edib.
