“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp yayda “Real Madrid”dən təklif alacağı halda əməkdaşlıq üçün bir sıra şərtlər irəli sürüb.
İdman.Biz xəbər verir ki, “Topskills Sports”un yaydığı məlumata görə, alman mütəxəssis komandanın heyətinin iki mərkəz müdafiəçisi və iki yarımmüdafiəçi ilə gücləndirilməsini istəyir. Bundan əlavə, o, braziliyalı hücumçu Endrikin yenidən komandaya qaytarılmasında israrlıdır.
Mənbənin iddiasına əsasən, Klop hazırkı heyətdə yer alan iki futbolçu ilə – Cud Bellinqem və Eduardo Kamavinqa ilə yolların ayrılması variantını da nəzərdən keçirməyə hazırdır.
Bildirilir ki, təcrübəli çalışdırıcı mümkün əməkdaşlıqla bağlı mövqeyini və şərtlərini əvvəlcədən müəyyənləşdirib.
