“Qəbələ” stadionu qardan təmizlənib - FOTO/VİDEO

28 Fevral 2026 12:37
128
“Qəbələ” stadionu qardan təmizlənib - FOTO/VİDEO

Bu gün futbol üzrə Misli Premyer Liqasının 22-ci turu çərçivəsində Qəbələ şəhər stadionunda “Qəbələ” “Karvan-Yevlax”ı qəbul edəcək.

İdman.Biz xəbər verir ki, ötən gecə şəhər ərazisinə qar yağıb.

Buna baxmayaraq, klub əməkdaşları xüsusi texnikalar vasitəsilə stadionun meydançasını qardan tam şəkildə təmizləyiblər və qarşılaşmanın keçirilməsi üçün zəruri şərait yaradılıb.

Qeyd edək ki, “Qəbələ” - “Karvan-Yevlax” oyunu bu gün saat 17:00-da start götürəcək.

İdman.Biz