ABŞ-nin “İnter Mayami” futbol klubunun futbolçuları MLS-in pley-off mərhələsinin qalibi olaraq növbəti həftə ABŞ prezidenti ilə rəsmi görüşə hazırlaşırlar.
İdman.Biz xəbər verir ki, “The Athletic” nəşrinin yaydığı məlumata əsasən, görüş gələn həftə baş tutacaq. Bu, komandanın hücumçusu Lionel Messinin Ağ Evə ilk səfəri və Donald Trumpla ilk görüşü ola bilər.
Messinin nümayəndəsi argentinalı futbolçunun komanda ilə birlikdə görüşə qatılacağı barədə məlumatı təsdiqləməyib. Bununla belə, səfərin martın 7-də, şənbə günü keçiriləcək “Di Si Yunayted”lə oyun ərəfəsində planlaşdırıldığı bildirilir.
Əgər Messi Ağ Evi ziyarət edərsə, bu, onun “İnter Mayami”nin futbolçusu kimi ilk rəsmi səfəri olacaq.
