Bu gün Misli Premyer Liqasında 22-ci turun oyunları keçiriləcək.
İdman.Biz xəbər verir ki, tura Yevlax şəhər stadionunda start veriləcək.
Günün ilk yarısında “Kəpəz” “Sumqayıt”ı qəbul edəcək. “Kəpəz” 13 xalla turnir cədvəlinin on birinci pilləsində yer alıb. 31 xala malik “Sumqayıt” isə altıncıdır.
Misli Premyer Liqası
İkinci dövrə, 22-ci tur
27 fevral (cümə)
14:30. “Kəpəz” - “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Gülnurə Əkbərzadə, Ruslan Quliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Ramil Diniyev
Yevlax şəhər stadionu
Qeyd edək ki, tura martın 1-də yekun vurulacaq.
