Azərbaycan Premyer Liqası: “Turan Tovuz” “Qəbələ”ni məğlub edib - YENİLƏNİB + FOTO/VİDEO

24 Fevral 2026 16:57
1 049
Azərbaycan Premyer Liqası: “Turan Tovuz” “Qəbələ”ni məğlub edib - YENİLƏNİB + FOTO/VİDEO

Misli Premyer Liqasının 14-cü turunun təxirə salınmış “Qəbələ” - “Turan Tovuz” oyunu yekunlaşıb.

İdman.Biz xəbər verir ki, qarşılaşma qonaq komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın 9-cu dəqiqəsində Alexandro Serrano hesabı açaraq “Turan Tovuz”u önə keçirib. 18-ci dəqiqədə Filip Ozobiç fərqi artırıb – 0:2. İlk hissə qonaqların iki topluq üstünlüyü ilə yekunlaşıb.

İkinci yarının əvvəlində, 47-ci dəqiqədə isə “Qəbələ”nin futbolçusu Seydina Keyta avtoqol müəllifi olub və bununla da görüşdə yekun hesab müəyyənləşib – 0:3.

Qeyd edək ki, bu nəticə ilə “Turan Tovuz” turnir cədvəlində vacib üç xal qazanıb.

16:11

Misli Premyer Liqasının 14-cü turunun təxirə salınmış “Qəbələ” - “Turan Tovuz” oyununda yenidən hesab dəyişib.

İdman.Biz xəbər verir ki, 47-ci dəqiqədə “Qəbələ”nin futbolçusu Seydina Keyta avtoqol vuraraq “Turan Tovuz” klubunu hesabda irəli çıxarıb - 0:3.

16:07

Misli Premyer Liqasının 14-cü turunun təxirə salınmış “Qəbələ” - “Turan Tovuz” oyununda ikinci hissə start götürüb.

İdman.Biz xəbər verir ki, “Turan Tovuz” klubunun ilk hissədən sonra 2:0 üstünlüyü var.

15:50

Misli Premyer Liqasının 14-cü turunun təxirə salınmış “Qəbələ” - “Turan Tovuz” oyununda ilk hissə başa çatıb.

İdman.Biz xəbər verir ki, “Turan Tovuz” klubu ilk hissədən sonra 2:0 irəlidədir.

15:21

Misli Premyer Liqasının 14-cü turunun təxirə salınmış “Qəbələ” - “Turan Tovuz” oyununda yenidən hesab dəyişib.

İdman.Biz xəbər verir ki, 18-ci dəqiqədə Filip Ozobiç “Turan Tovuz” klubunu hesabda irəli çıxarıb - 0:2.

15:13

Misli Premyer Liqasının 14-cü turunun təxirə salınmış “Qəbələ” - “Turan Tovuz” oyununda hesab açılıb.

İdman.Biz xəbər verir ki, 9-cu dəqiqədə Alexandro Serrano “Turan Tovuz” klubunu hesabda irəli çıxarıb - 0:1.

15:01

Misli Premyer Liqasının 14-cü turunun təxirə salınmış “Qəbələ” - “Turan Tovuz” oyunu start götürüb.

İdman.Biz xəbər verir ki, oyunu hakim Cavid Cəlilov idarə edir.

14:11

“Qəbələ” Misli Premyer Liqasının 14-cü turunun təxirə salınmış matçında Qəbələ şəhər stadionunda “Turan Tovuz”u qəbul edəcək.

İdman.Biz xəbər verir ki, komandalar saat 15:00-da start götürəcək qarşılaşmada meydana aşağıdakı heyətlərlə çıxacaq:

“Qəbələ”: 93. Rza Cəfərov 28. Murad Musayev (k) 7. Turan Manafov 27. Eşqin Əhmədov 24. İsmael Akinade 33. Seydina Keyta 50. Adriel Ba Loua 3. Eduardo Kunde 6. Xayme Syerra 8. Sambu Sissoko 14. Domi Massumo
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 13. Nicat Əliyev 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 21. Ziya Şəkərxanov 12. İbrahim Sanqare 16. İsaak Amoah 70. Paulo Quimbila 30. Prins Ovusu
Baş məşqçi: Kaxaber Tsxadadze

“Turan Tovuz”: 41. Sergey Samok 29. Filip Ozobiç 17. Rəhim Sadıxov 11. Ayxan Hüseynov 5. Roderik Miller 3. Enrike Silva 23. Alexandro Serrano 99. Vadji İbrahima 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva
Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 4. Şəhriyar Əliyev 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 6. Fərid Yusifli 90. Joarlem Santos 19. Roberto Olabe 9. Coş Cinnelli 8. David Tavareş 2. Mark Rene Mampassi
Baş məşqçi: Kurban Berdiyev

10:33

Bu gün Misli Premyer Liqasının 14-cü turundan təxirə salınmış “Qəbələ” - “Turan Tovuz” oyununun təyinatları açıqlanıb.

İdman.Biz Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, matçın baş hakimi Cavid Cəlilov olacaq.

Ona Kamran Bayramov və Müslüm Əliyev köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Əkbər Əhmədov yerinə yetirəcək.

VAR-da FIFA referisi Əliyar Ağayev, AVAR-da Zeynal Zeynalov əyləşəcək.

Qeyd edək ki, bu gün Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 15:00-da start götürəcək.

09:20

Bu gün Misli Premyer Liqasında 14-cü turdan təxirə salınan matç baş tutacaq.

İdman.Biz xəbər verir ki, “Qəbələ” “Turan Tovuz” ilə qarşılaşacaq.

Görüş saat 15:00-da start götürəcək.

Tovuz klubu 37 xalla üçüncü, ”Qəbələ” isə 15 xalla onuncu sıradadır.

Qeyd edək ki, ötən ilin dekabrında keçirilən oyun Qəbələdəki duman səbəbindən yarımçıq dayandırılmışdı.

İdman.Biz