A Seriyası: “Kalyari” və “Latsio” qolsuz bərabərliklə kifayətləniblər - YENİLƏNİB + VİDEO

22 Fevral 2026 01:54
629
A Seriyası: “Kalyari” və “Latsio” qolsuz bərabərliklə kifayətləniblər

İtaliya Seriyası A mövsümünün 26-cı turunun “Kalyari” və “Latsio” komandaları arasında keçirilən oyun başa çatıb. Komandalar İtaliyanın Kalyari şəhərindəki “Unipol Domus” stadionunda oynayıblar. Oyun 0:0 hesablı heç-heçə ilə bitib.

“Latsio” hazırda 34 xalla turnir cədvəlində 26 oyundan sonra doqquzuncu yerdədir. “"Kalyari” isə 29 xalla 13-cü yerdədir.

23:02

İtaliya A Seriyasının 26-cı turunun “Leççe” və “İnter” komandaları arasında keçirilən oyun başa çatıb. Oyun İtaliyanın Leççe şəhərindəki “Stadio Ettore Giardinero - Via Del Mare” stadionunda keçirilib.

Qonaqlar 2:0 hesabı ilə qalib gəliblər.

Oyunda hesabı 75-ci dəqiqədə Henrix Mxitaryan açıb. 82-ci dəqiqədə Manuel Akanci milanlıların ikinci qolunu vurub.

26 oyundan sonra “İnter” 64 xalla A Seriyası turnir cədvəlinə başçılıq edir. “Leççe” isə 24 xalla liqada 17-ci yerdədir.

20:07

İtaliya A Seriyası mövsümünün 26-cı turunun “Yuventus” və “Komo” komandaları arasında keçirilən oyun başa çatıb.

Komandalar “Allianz” stadionunda (Turin, İtaliya) oynayıblar. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə bitib.
Hesabı 12-ci dəqiqədə Mergim Voyvoda açıb. 61-ci dəqiqədə Maksens Kakeret Sesk Fabreqasın komandasının üstünlüyünü artırıb.

“Yuventus” hazırda 46 xala malikdir. 26 oyundan sonra komanda A Seriyasında beşinci yerdədir. “Komo” 45 xalla altıncı yerdədir.

İdman.Biz