“Mançester Siti” O'Reylinin dublu sayəsində “Nyukasl”a qalib gəlib - YENİLƏNİB + VİDEO

22 Fevral 2026 02:29
337
“Mançester Siti” O'Reylinin dublu sayəsində “Nyukasl”a qalib gəlib

İngiltərə Premyer Liqasının 27-ci turunda “Mançester Siti” və “Nyukasl Yunayted” arasında keçirilən oyun başa çatıb. “Şəhərlilər” oyunda 2:1 hesabı ilə qələbə qazanıblar. Oyun Mançesterdəki “Etihad” stadionunda baş tutub.

14-cü dəqiqədə hesabı Niko O'Reyli açaraq “Siti”ni irəli çıxarıb. 22-ci dəqiqədə Lyuis Hol cavab qolunu vurub. 27-ci dəqiqədə O'Reyli ikinci qoluna imza atıb.

Bu oyundan sonra “Mançester Siti” İngiltərə Premyer Liqasının turnir cədvəlində 56 xalla ikinci, “Nyukasl Yunayted” isə 36 xalla 10-cu yerdədir.

21:12

İngiltərə Premyer Liqasının 27-ci turunda “Çelsi” və “Börnli” arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, oyun 1:1 hesabı ilə bitib. Oyun Londondakı “Stemford Bridc”də baş tutub.

Londonluların heyətində Joao Pedro dördüncü dəqiqədə qol vurub. Zian Flemminq “Börnli”nin bərabərlik qolunu 90+3-cü dəqiqədə vurub.

Bu oyundan sonra “Çelsi” İngiltərə Premyer Liqasının turnir cədvəlində 45 xalla dördüncü, “Börnli” isə 19 xalla 19-cu yerdədir.

Turun digər matçında “Aston Villa” “Lids Yunayted”lə heç-heçə edib – 1:1.

“Brentford” isə öz meydançasında “Brayton”a məğlub olub – 0:2.

İdman.Biz