Bundesliqa: “Leypsiq” və “Borussiya Dortmund” sülhlə ayrılıblar - YENİLƏNİB + VİDEO

21 Fevral 2026 23:43
263
Bundesliqa: “Leypsiq” və “Borussiya Dortmund” sülhlə ayrılıblar

Almaniya Bundesliqasının 23-cü turunun “RB Leypsiq” və “Borussiya Dortmund” arasında keçirilən oyunu başa çatıb.

Matç 2:2 hesabı ilə btiib. Oyun Leypsiq stadionunda baş tutub.

Kristof Baumqartner 20-ci dəqiqədə ev sahibi komandaya hesabda irəli çıxmağı təmin etdi və 39-cu dəqiqədə ikinci qolunu vurdu. 50-ci dəqiqədə Romulo öz qapısına qol vurdu. Fabio Silva isə 90+5-ci dəqiqədə hesabı bərabərləşdirdi.

Bu oyundan sonra “RB Leypsiq” 41 xalla Bundesliqanın turnir cədvəlində beşinci, “Borussiya Dortmund” isə 52 xalla ikinci yerdədir.

20:58

Almaniya Bundesliqasının 23-cü turunda “Bavariya” və “Ayntraxt Frankfurt” arasında keçirilən oyun başa çatıb. Münhen komandası 3:2 hesabı ilə qalib gəlib. Oyun “Arena Munich”də baş tutub.

Aleksandar Pavloviç 16-cı dəqiqədə meydan sahiblərini hesabda irəli çıxarıb. Harri Keyn 20-ci dəqiqədə komandasının üstünlüyünü ikiqat artırıb, 68-ci dəqiqədə isə ikinci qolunu vurub. Conatan Burkardt 77-ci dəqiqədə penaltidən dəqiq zərbə endirərək qollardan birinin əvəzini çıxıb, Arno Kalimuendo isə 86-cı dəqiqədə fərqi bir topa endirib.

Bu oyundan sonra “Bavariya” 60 xalla Almaniyanın yüksək divizionunda liderlik edir, “Ayntraxt” isə 31 xalla yeddinci yerdədir.

Paralel keçirilən oyunlarda “Köln”lə “Hoffenhaym” heç-heçə ediblər - 2:2.

“Union” “Bayer”dən üstün olub - 1:0.

“Volfsburq” isə “Auqsburq”a məğlub olub - 2:3.

İdman.Biz