La Liqa: “Real Sosyedad”la “Ovyedo”nun matçında heç-heçə qeydə alınıb

21 Fevral 2026 19:25
108
La Liqa: “Real Sosyedad”la “Ovyedo”nun matçında heç-heçə qeydə alınıb

İspaniya La Liqasının 25-ci turunun “Real Sosyedad” və “Ovyedo” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, matç “Real Arena”da (San Sebastian, İspaniya) baş tutub. Oyun 3:3 hesablı heç-heçə ilə başa çatıb.

“Ovyedo”nun hücumçusu Federiko Vinyas matçın ilk qolunu 50-ci dəqiqədə vurub. İki dəqiqə sonra hücumçu ikinci qolunu vurub. Orri Oskarsson 64-cü dəqiqədə bir qolun əvəzini çxııb, müdafiəçi Duje Çaleta-Kar isə 87-ci dəqiqədə bərabərlik qolunu vurub. Oskarsson 90-cı dəqiqədə ikinci qoluna imza atıb, 90+2-ci dəqiqədə isə Erik Bayli hesabı 3:3 edib.

İspaniya liqasında 25 oyundan sonra “Real Sosyedad” 32 xalla turnir cədvəlində doqquzuncu yerdədir. “Ovyedo” 24 oyundan sonra 17 xalla sonuncu, 20-ci yerdədir.

İdman.Biz