Azərbaycan Premyer Liqası: “Karvan-Yevlax” “Araz-Naxçıvan” ilə üz-üzə

21 Fevral 2026 09:34
133
Azərbaycan Premyer Liqası: “Karvan-Yevlax” “Araz-Naxçıvan” ilə üz-üzə

Bu gün Misli Premyer Liqasında 21-ci turun növbəti oyunu “Karvan-Yevlax” “Araz-Naxçıvan” arasında baş tutacaq.

İdman.Biz xəbər verir ki, matç Yevlax şəhər stadionunda keçiriləcək.

“Karvan-Yevlax” 6 xalla turnir cədvəlində on ikinci pillədə qərarlaşıb. “Araz-Naxçıvan” 30 xalla altıncı sıradadır.

Misli Premyer Liqası
İkinci dövrə, 21-ci tur
21 fevral (şənbə)
14:30. “Karvan-Yevlax” - “Araz-Naxçıvan”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ruslan Quliyev
VAR: Tural Qurbanov
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Yevlax şəhər stadionu

Qeyd edək ki, turun əvvəlki matçlarında “Turan Tovuz” “Zirə”ni (2:0) məğlub edib. “Sumqayıt” - “Qəbələ” oyununda isə qapılara qol vurulmayıb. Bu gün keçirilməsi nəzərdə tutulan “Neftçi” - “Qarabağ” qarşılaşması daha əvvəl qeyri-müəyyən müddətə təxirə salınıb.

21-ci tura fevralın 22-də yekun vurulacaq.

İdman.Biz