Azərbaycanı İtaliyada keçirilən Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının dağ xizəyinin slalom növündə təmsil edən Anastasiya Papatoma yarışlarda növbəti çıxışını edib.
İdman.Biz bildirir ki, Kortina Ampetsodakı Tofane Alp Xizək Mərkəzində keçirilən yarışda idmançımız ikinci enişinə 59-cu sırada başlayıb. 18 yaşlı təmsilçimiz 64 iştirakçı arasında 1:07:34 saniyə göstərici ilə finiş xəttinə çatıb.
Bununla da Anastasiya Papatoma hər iki cəhdin yekunlarına əsasən 2:09:15 saniyə nəticə ilə XXV Qış Olimpiya Oyunlarındakı çıxışını 51-ci yerdə başa vurub. Onun bu çıxışı Azərbaycan üçün Qış Olimpiya Oyunlarının slalom yarışlarında tarixi nəticə hesab olunur.
İdmançımızın çıxışını Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev də izləyib.
Xatırladaq ki, ilk enişində 92-ci sırada mübarizəyə başlayan Anastasiya Papatoma 1:01:81 saniyə göstərici ilə finiş xəttinə çatmışdı.
Azərbaycan komandası Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında 2 idmançı ilə təmsil olunub.
Oyunların əvvəlki günlərində komandamızın üzvü Vladimir Litvintsev fiqurlu konkisürmə yarışlarının qısa proqramda çıxış edib. Hakimlər tərəfindən 63,63 bal alan idmançımız bu nəticə ilə sərbəst proqrama vəsiqə qazana bilməyib.
Qeyd edək ki, 25-ci Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.
15:10
Bu gün Azərbaycan idmançısı Anastasiya Papatoma Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında keçirilən dağ xizəyinin slalom növündə mübarizəyə başlayıb.
İdman.Biz xəbər verir ki, Kortina Ampetsodakı Tofane Alp Xizək Mərkəzində keçirilən yarışda idmançımız ilk enişini başa vurub.
92-ci sırada mübarizəyə başlayan 18 yaşlı slalomçumuz 1:01:81 saniyə göstərici ilə finiş xəttinə çatıb. O, hazırda bu nəticə ilə 95 iştirakçı arasında 59-cu pillədə qərarlaşıb.
İdmançımızın çıxışını Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev izləyib.
Azərbaycan komandası Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında 2 idmançı ilə təmsil olunur.
Oyunların əvvəlki günlərində komandamızın üzvü Vladimir Litvintsev fiqurlu konkisürmə yarışlarının qısa proqramda çıxış edib. Hakimlər tərəfindən 63,63 bal alan idmançımız bu nəticə ilə sərbəst proqrama vəsiqə qazana bilməyib.
Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.
10:38
Bu gün Azərbaycan idmançısı Anastasiya Papatoma İtaliyada keçirilən 25-ci Qış Olimpiya Oyunlarında mübarizəyə start verəcək.
İdman.Biz xəbər verir ki, 18 yaşlı dağ xizəkçisi slalom növündə qüvvəsini sınayacaq.
Yarış İtaliyanın məşhur dağ-xizək mərkəzi olan Kortina d'Ampetsoda Bakı vaxtı ilə 13:00 keçiriləcək.
Xatırladaq ki, daha əvvəl Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev qısa proqramda 63,63 bal toplayaraq 29 iştirakçı arasında sonuncu yeri tutub və yarışla vidalaşıb.
Qeyd edək ki, Azərbaycanın iki idmançı ilə təmsil olunduğu “Milan-Kortina-2026” Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.
