“Qarabağ” “Nyukasl”a qarşı: Bakıda Çempionlar Liqası həyəcanı!

18 Fevral 2026 09:13
110
“Qarabağ” “Nyukasl”a qarşı: Bakıda Çempionlar Liqası həyəcanı!

Bu gün “Qarabağ” ilk dəfə vəsiqə qazandığı UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, Azərbaycan çempionu tarixi görüşdə İngiltərənin “Nyukasl” klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Matçı Norveçdən olan FIFA referisi Espen Eskos idarə edəcək.

Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 25-də keçiriləcək. Bu cütün qalibi 1/8 finalda İngiltərənin “Çelsi” və ya İspaniyanın “Barselona” klublarından biri ilə qarşılaşacaq.

İdman.Biz
Məqalədə: