"Bavariya"nın əfsanəvi futbolçusu Tomas Müller yenidən Münhen klubunun formasını geyinməsi ilə sosial mediada böyük səs-küyə səbəb olub. Azarkeşlər 35 yaşlı hücumçunun Bundesliqaya sürpriz qayıdışını gözləsələr də, məsələyə tezliklə aydınlıq gətirilib.
İdman.Biz xəbər verir ki, Müllerin "Bavariya" rənglərində görünməsi heç də transferlə bağlı deyil. Bu, sadəcə "Classic Football Shirts" markasının reklam videosu üçün nəzərdə tutulan çəkilişlərin bir hissəsi olub. Hazırda karyerasını MLS-in "Vankuver Vaytkaps" klubunda davam etdirən almaniyalı oyunçunun Avropaya qayıtmaq planı yoxdur.
Xatırladaq ki, Müller ötən yay doğma klubu ilə 25 illik münasibətlərinə son qoyub. 2000-ci ildə 10 yaşında "Bavariya" akademiyasına qoşulan ulduz futbolçu burada 743 rəsmi oyuna çıxaraq klubun rekordçusu olub. O, Münhen təmsilçisi ilə 33 kubok qazanıb.
Razılaşmaya əsasən, Müller "Bavariya" formasında son oyunlarını 15 iyun - 13 iyul tarixlərində ABŞ-də keçiriləcək FIFA Klublararası Dünya Çempionatında keçirəcək. Bu, azarkeşlər üçün əfsanəni öz doğma klubunun heyətində görmək üçün son şans olacaq.
