Qvineyalı hücumçu Çempionlar Liqasında ən məhsuldar futbolçudur

18 Fevral 2026 10:02
92
Qvineyalı hücumçu Çempionlar Liqasında ən məhsuldar futbolçudur

Ötən mövsümün əvvəlindən bəri Dortmund “Borusiya”sının qvineyalı hücumçu Seru Qirassi Çempionlar Liqasında ən məhsuldar futbolçu olub.

İdman.Biz xəbər verir ki, o, bu müddətdə turnirdə 24 qol epizodunun yaradılmasında birbaşa iştirak edib ki, bu da bütün oyunçular arasında ən yüksək göstəricidir.

S. Qirassi rəqib qapılarına 17 dəfə yol tapıb. Bundan başqa, o, komanda yoldaşlarına yeddi məhsuldar ötürmə ilə də yadda qalıb.

İdman.Biz