“Real” - “Benfika” matçından qalmaqallı görüntü - VİDEO

18 Fevral 2026 12:26
55
“Real” - “Benfika” matçından qalmaqallı görüntü - VİDEO

İspaniyanın “Real” klubunun futbolçuları Federiko Valverde, Vinisius Junior və Kilian Mbappenin iştirakı ilə baş verən epizodlar oyundan sonra ciddi narazılıq yaradıb.

İdman.Biz xəbər verir ki, qarşılaşma zamanı Valverdenin Samuel Dahla qarşı sərt müdaxiləsi azarkeşlər və ekspertlər tərəfindən qırmızı vərəqəlik epizod kimi qiymətləndirilib. Lakin baş hakim bu vəziyyətdə hətta sarı vərəqə də göstərməyib.

Bundan başqa, artıq sarı vərəqəsi olan Vinisius Juniorun cərimə meydançası yaxınlığında Riçard Riosa qarşı etdiyi qayda pozuntusuna görə ikinci sarı vərəqə almaması da etirazlara səbəb olub.

Eyni narazılıq Kilian Mbappe ilə bağlı epizodda da yaşanıb. Bildirilir ki, fransalı hücumçu sarı vərəqəsi olduğu halda topu “Benfika” azarkeşlərinə tərəf vurub, lakin buna baxmayaraq meydandan kənarlaşdırılmayıb.

Daha bir epizodu isə Leandro Barreiro - Kamavinqa mübarizəsi ilə bağlıdır. Həmin görüntüdə də Kamavinqa yerdə uzanmış vəziyyətdə olan Leandronun üzərində hava topuna qalxır və yerə düşərkən onun sinəsindən tapdalayır.

Qeyd edək ki, qarşılaşmanın hakim briqadası barədə UEFA tərəfindən hələlik məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

İdman.Biz