Azərbaycan millisinin Beynəlxalq İnkişaf Turniri üçün yekun heyəti açıqlanıb

18 Fevral 2026 13:12
52
Azərbaycan millisinin Beynəlxalq İnkişaf Turniri üçün yekun heyəti açıqlanıb

18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Belarusun paytaxtı Minskdə keçiriləcək Beynəlxalq İnkişaf Turniri üçün yekun heyəti müəyyənləşib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb.

Bildirilib ki, yığmada 21 oyunçu yer alıb.

Turnirdə 8 komanda 2 qrup üzrə yarışacaq. Azərbaycan millisi B qrupunda Belarus, Rusiya və Özbəkistan kollektivləri ilə mübarizə aparacaq. Komanda fevralın 19-da Rusiya, 20-də Özbəkistan, 21-də Belarusla üz-üzə gələcək.

Qeyd edək ki, Fevralın 23-də həlledici oyunlar keçiriləcək. Qrupların qalibləri finalda, ikinciləri üçüncü yer uğrunda, üçüncüləri beşinci yer uğrunda, dördüncüləri isə 7-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər.

Nr.

Adı / Soyadı

Klub

1

Nurəziz Əzizov

Neftçi

2

Bilal Hacıyev

Qarabağ

3

Uğur Qurbanlı

Qarabağ

4

Rəşad Gülüşov

Sabah

5

Atacan Məmmədov

Marcet (İspaniya)

6

Səttar Tahirzadə

Marcet (İspaniya)

7

Muhamməd Çodarov

Marcet (İspaniya)

8

İsmayıl Səfərli

Neftçi

9

Amin Rzayev

Qarabağ

10

Sahib Xəlilli

Neftçi

11

Eldar Abbasov

Qarabağ

12

Raul İsaqov

Kəpəz

13

Nihad Hüseynzadə

Sabah

14

Musa Mustafayev

Zirə

15

İbrahim Xəlilov

Sabah

16

Samir Şərifov

Sabah

17

Pünhan Kərimov

Marcet (İspaniya)

18

Emin Süleymanov

Neftçi

19

Əli Bəşirov

Qarabağ

20

Kamal Zülfiyev

Sumqayıt

21

Nicat Kərimov

Sabah

İdman.Biz