Bakıda “Nyukasl” azarkeşlərinin uzun növbəsi yaranıb - FOTO

18 Fevral 2026 15:25
117
Bakıda “Nyukasl” azarkeşlərinin uzun növbəsi yaranıb - FOTO

Bu gün səhər saatlarından etibarən UEFA Çempionlar Liqasının “Qarabağ”la oyunu üçün Bakıya gələn “Nyukasl” azarkeşləri bilet verilişi məntəqəsinə yollanıblar.

İdman.Biz haqqin.az-a istinadən xəbər verir ki, Neftçilər prospektində uzun növbə yaranıb.

Xatırladaq ki, “Qarabağ”la matçı təxminən 2 min ingilis azarkeşin izləməsi planlaşdırılır. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq.

İdman.Biz
Məqalədə: