Azərbaycanın U-17 millisi UEFA İnkişaf Turnirində Qazaxıstanı məğlub edib

27 Aprel 2026 17:45
79
Azərbaycanın U-17 millisi UEFA İnkişaf Turnirində Qazaxıstanı məğlub edib

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi UEFA İnkişaf Turnirindəki ikinci oyununda qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, komanda Qazaxıstanın müvafiq yaş qrupundan ibarət kollektivini üstələyib.

Qazaxıstanın Çimkənd şəhərində yerləşən “Namys” stadionunda keçirilən görüşün əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Millimizin heyətində qolu 18-ci dəqiqədə Ruslan Quliyev vurub.

Oyunsonrası penaltilər seriyasında daha dəqiq oynayan Aqil Nəbiyevin yetirmələri 4:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, U-17 daha əvvəl Rusiya millisinə uduzub - 0:5. Komanda turnirdə son oyununu aprelin 30-da Pakistan yığmasına qarşı keçirəcək.

İdman.Biz