“Sabah” “Karvan-Yevlax”la oyuna neçə itki ilə çıxacaq? - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA

27 Aprel 2026 17:53
168
“Sabah” “Karvan-Yevlax”la oyuna neçə itki ilə çıxacaq? - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA

Bu gün futbol üzrə Misli Premyer Liqasının 29-cu turu çərçivəsində “Karvan-Yevlax”ı qəbul edəcək “Sabah”ın oyuna neçə itki ilə çıxacağı dəqiqləşib.

Bu barədə “bayquşlar”ın sözçüsü Elnur Həmidov İdman.Biz-ə bildirib.

“Heyətdə iki cəzalı futbolçu var. Abdulla Xaybullayev qırmızı vərəqə, Stiv Solvet isə sarı vərəqə cəzalısıdır. Pavol Şafranko isə zədə səbəbindən oynamayacaq. Bundan başqa, Coy Lens Mikelsin meydana çıxıb-çıxmayacağı bilinmir. Zədəsi olan hücumçunun durumu ilə bağlı son qərar matç öncəsində veriləcək”, - deyə o, açıqlamasında söyləyib.

Qeyd edək ki, “Bank Respublika Arena”da baş tutacaq “Sabah” - “Karvan-Yevlax” oyununun start fiti 20:00-da səslənəcək. Hazırda turnir cədvəlində “Sabah” 69 xalla liderdir, “Karvan-Yevlax” isə 14 xalla on ikinci pillədə qərarlaşıb.

İdman.Biz