Azərbaycanın minifutbol üzrə millisi Avropa çempionatına hazırlığın son mərhələsini keçir. Hazırda komanda Monteneqroda təlim-məşq toplanışındadır və beynəlxalq turnirdə iştirak edəcək.
Millinin baş məşqçisi Elşad Quliyev hazırlıq prosesi ilə bağlı İdman.Biz-ə açıqlama verib.
“Hazırda 20 futbolçu ilə məşq edirik. Məşqçilər heyəti mayın 27-də Bratislavada start götürəcək Avropa çempionatında iştirak üçün onlardan 17-ni seçməlidir.
Bunun üçün mayın 3-də başlayacaq və beş yığmanın qatılacağı beynəlxalq turnirdə iştirak edirik. Bu oyunlar yekun seçim aparmağa və artıq olan üç futbolçunu müəyyənləşdirməyə kömək edəcək”, - deyə mütəxəssis bildirib.
Qarşıdakı Avropa çempionatından gözləntilər barədə danışan baş məşqçi iddialı danışıb:
“Dünya çempionu olan komandanın məqsədi nə ola bilər? Təbii ki, ən azı mükafatçılar sırasında yer almağı hədəfləyirik”.
