Rəşad Sadıqov: "Liqanı dördüncü yerdə bitirmək istəyirik"

27 Aprel 2026 21:06
118
Rəşad Sadıqov: "Liqanı dördüncü yerdə bitirmək istəyirik"

Misli Premyer Liqasının XXIX turunun "Turan Tovuz" - "Zirə" (1:1) oyunundan sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

İdman.Biz xəbər verir ki, mütəxəssis əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:

"Oyun bizim üçün yaxşı başladı. Yaxşı qol şansı yaratdıq, lakin Eren Aydın epizoddan yararlana bilmədi. Daha sonra rəqib standart vəziyyətdən fərqləndi. 35-ci dəqiqədən sonra oyunu bərabərləşdirə bildik. Fasilədən sonra isə sürəti artırıb, hücumda fəallıq göstərdik. Hesabı bərabərləşdirəndən sonra da imkanımız oldu. Amma ümumi baxanda, Tovuz səfərində 0:1-dən sonra bir xal qazanmaq yaxşı nəticədir".

Sadıqov hakim təyinatı ilə bağlı suala da münasibət bildirib:

"Heç nə. Çempionatın təcrübəli hakimlərindəndir. Onun təyinatını normal qarşıladıq. Bu gün meydanda yaxşı iş görən iki komanda var idi. Baxımlı futbol oynadıq. Bu gün yaxşı futboldan da danışmaq olar".

Baş məşqçi komandanın qarşısına qoyulan məqsədlərdən də danışıb:

"Çempionatda gərgin mübarizə gedir. Hələ heç nə həll olunmayıb. Liqanı dördüncü yerdə bitirmək istəyirik. Digər tərəfdən finalda da rəqib "Sabah"dır və bilmirsən, kuboku qazana biləcəksən, ya yox. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".

Sadıqov futbolçunun mümkün transferi ilə bağlı suala belə cavab verib:

"Hər klub onun kimi futbolçunu arzulayar".

Baş məşqçi həmçinin komandanın planları barədə danışıb:

"Xeyr. Bir plan tutub, davam edirik. Çalışacağıq ki, həm liqada, həm kubokda yaxşı nəticə qazanaq".

İdman.Biz