“Bərdə, Tovuz, Mingəçevir, Sabirabad kimi bölgələrdə gənc nəslə kömək etməliyik” - İsgəndər Cavadovun İDMAN.BİZ-ə AÇIQLAMASI

18 Fevral 2026 15:40
112
“Bərdə, Tovuz, Mingəçevir, Sabirabad kimi bölgələrdə gənc nəslə kömək etməliyik” - İsgəndər Cavadovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Regional Futbol Federasiyalarının (RFF) beşinci hesabat-seçki konfransında qurumun rəhbər heyətinə seçkilər keçirilib.

İdman.Biz-in məlumatına görə, Azərbaycan futbolunun veteranı İsgəndər Cavadov növbəti dörd il müddətinə yenidən RFF-nin prezidenti seçilib.

İdman.Biz redaksiyası ötən əsrin 80-ci illərində “Neftçi”nin əfsanəvi kapitanı olmuş Cavadovu təyinat münasibətilə təbrik edib və təşkilatın yeni dövr üçün planları ilə maraqlanıb

“Bütün təbriklərə görə təşəkkür edirəm. Hamımız anlayırıq ki, regionlar böyük iş meydanıdır. Əsas məqsədimiz uşaq-gənclər futbolunun inkişafıdır. Futbolun kütləviliyinin daha yüksək olduğu yerlərdə infrastrukturu və istedadları dəstəkləmək lazımdır. Bərdə, Tovuz, Mingəçevir, Sabirabad kimi bölgələrdə gənc nəslə yardım etmək üçün maksimum səy göstərməliyik”, - deyə İsgəndər Cavadov bildirib.

Qeyd edək ki, İsgəndər Cavadov 2008-ci ildən Regional Futbol Federasiyalarına rəhbərlik edir.

İdman.Biz