Milyonların izlədiyi matça Arda Güler və sevgilisi damğa vurdu - VİDEO

18 Fevral 2026 16:04
122
Milyonların izlədiyi matça Arda Güler və sevgilisi damğa vurdu - VİDEO

İspaniyanın “Real” klubunun futbolçusu Arda Güler “Benfika” ilə matçdan qabaq diqqət mərkəzinə düşüb.

İdman.Biz xəbər verir ki, yarımmüdafiəçi qarşılaşmadan əvvəl isinmə zamanı tribunadakı sevgilisi Duru Nayman ilə telefon vasitəsilə görüntülü danışarkən görüntülənib. Həmin anlar tribunada olan azarkeş tərəfindən lentə alınıb və sosial şəbəkələrdə paylaşılıb.

Qısa müddətdə geniş yayılan görüntülər böyük maraq doğurub və futbolsevərlər tərəfindən “romantik anlar” şərhləri ilə gündəmə gətirilib.

İdman.Biz