Fiqudan Messi-Ronaldu müqayisəsinə reaksiya

21 Fevral 2026 11:39
124
Fiqudan Messi-Ronaldu müqayisəsinə reaksiya

Portuqaliya millisinin sabiq üzvü Luis Fiqu Lionel Messi ilə Kriştianu Ronaldu arasında aparılan müqayisələrə münasibət bildirib.

İdman.Biz xəbər verir ki, onun açıqlaması yerli KİV-də dərc edilib.

O, iki ulduzun futbol tarixində öz adlarını yazdırdıqlarını vurğulayıb və birbaşa paralellərin tərəfdarı olmadığını deyib:

“Mən müqayisə etməyi sevmirəm. Hər ikisi futbol tarixinə düşüb, buna görə də onları üz-üzə qoymağa ehtiyac görmürəm. Hərəsinin özünəməxsus keyfiyyətləri var”.

Fiqu əlavə edib ki, müxtəlif dövrlərdə çıxış etmiş oyunçuları müqayisə etmək düzgün deyil: “Mən Messini Maradona ilə, Ronaldunu isə Eusebio ilə müqayisə edə bilmərəm. Onlar fərqli keyfiyyətlərə malik futbolçular olub və ayrı-ayrı dövrlərdə oynayıblar. Sadəcə onların bizə yaşatdığı möhtəşəm anlardan zövq almağı üstün tuturam”.

İdman.Biz