“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola bu gün onların rəqibi olacaq “Nyukasl” barədə fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis “sağsağanlar”ın Çempionlar Liqasında “Qarabağ” üzərində qazandığı 6:1 hesablı qələbəni xüsusi vurğulayıb.
Qvardiolanın vurğulayıb ki, “Nyukasl” həmin görüşdə fasiləyədək 5:0 hesabı ilə irəlidə olub və hesab daha da böyük də ola bilərdi.
“Son oyunu izlədim. Bu, həqiqətən də möhtəşəm idi. Onlar ilk hissədə 5:0 hesabı ilə öndə idilər, hətta 9:0 da ola bilərdi. “Qarabağ”ın qapıçısı üç-dörd inanılmaz qurtarış etdi. Ritm, temp və intensivlik baxımından bu, Çempionlar Liqasına ilk dəfə vəsiqə qazandıqları dövrdə xatırladığımız Eddi Haunun komandasıdır”, – deyə Qvardiola bildirib.
Qeyd edək ki, “Mançester Siti” bu gün “Nyukasl”ın qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 23:59-da başlayacaq.
