Azərbaycan millisi Beynəlxalq İnkişaf Turnirində Belarusa qalib gəlib - YENİLƏNİB

21 Fevral 2026 19:18
324
Azərbaycan millisi Beynəlxalq İnkişaf Turnirində Belarusa qalib gəlib

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Beynəlxalq İnkişaf Turnirində bu gün üçüncü oyununa çıxıb.

B qrupunda yer alan millimiz Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçirilən qrupun son görüşündə komandamız 1:0 hesablı qələbə qazanıb. U-18-in heyətində qalibiyyət qolunu 42-ci dəqiqədə Əli Bəşirov vurub.

10:14

Bu gün Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət millisi Beynəlxalq İnkişaf Turnirində üçüncü matçına çıxacaq.

İdman.Biz xəbər verir ki, B qrupunda yer alan milli Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydanında keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:40-də başlayacaq.

Qeyd edək ki, U-18 daha əvvəl keçirdiyi matçlarda Rusiya (1:7) və Özbəkistana (1:3) məğlub olub.

İdman.Biz